Keçmiş müdirlə nazirlik arasında qalmaqal - Ruhəngiz Qurbanova məhkəmədən nə tələb edir?

Keçmiş müdirlə nazirlik arasında qalmaqal
96 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Ruhəngiz Qurbanova Elm və Təhsil Nazirliyini məhkəməyə verib.

DİA.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, keçmiş müdirin iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır.

İşə Nəsimi Rayon Məhkəməsində baxılıb. Lakin qərar Ruhəngiz Qurbanovanın qane etmədiyindən o apellyasiya şikayəti verib. Keçmiş müdirin şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim Akif İsgəndərovun sədrliyi ilə baxılacaq.

Ruhəngiz Qurbanova 2020-ci ildə kabinetindən 2000 manat oğurlanması ilə gündəmə gəlib. 2021-ci ildə isə keçmiş müdirin adı rüşvət qalmaqalında hallandırılıb və bununla bağlı sosial şəbəkələrdə video yayılıb. Ehtimal olunur ki, Ruhəngiz Qurbanova bu olaydan sonra işdən çıxarılıb.
Tarix: 11-09-2023, 17:38
Xəbəri paylaş





Xəbər lenti