Vergi xidməti niyə ayrıseçkilik edir? - AXI NİYƏ?


"Şikayətim kartla ödənişi qəbul etməyən bütün iaşə obyektlərindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İlkin Babayev adlı istifadəçi giley edib.

Daha sonra narazı vətəndaş Dövlət Vergi xidmətinin rəhbərliyinə xitab edərək bildirib: "Hörmətli Vergilər nazirliyi,
İaşə obyektlərindəki bu özbaşınalığa və qanunsuzluğa nə qədər göz yumacaqsız?
Ölkədə debet/kredit kartlarının İldirım sürəti ilə artdığı halda bu obyektlərin post terminal ilə ödəniş qəbul etməyib, vergidən yayınma halları fantastik dərəcə artıb. Hamısı bəhanə alib əlinki işləmir, dəyişirik və c.
Necə olur mənim maaşım karta oturmamış artıq vergisi tutulur, bunlar bəyəm məndən və vergi verən milyonlarla vətəndaşdan artıqdırlar???"

Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 12-09-2023, 10:10
Xəbəri paylaş





Xəbər lenti