Ekspert: "Türkiyədə "yaşamaq istəyən" azərbaycanlılar müxtəlif çətinliklərlə üzləşirlər"

Ekspert: "Türkiyədə "yaşamaq istəyən" azərbaycanlılar müxtəlif çətinliklərlə üzləşirlər"Qız Qalası, İstanbul

Türkiyə ilə münasibətlərimiz qardaşlıq səviyyəsindən yüksək olsa da, hər zaman azərbaycanlılar Türkiyədə müxtəlif ciddi problemlərlə qarşılaşıblar. Nikahın qeydə alınması, ikamət izninin alınması, kirayə ev tutmaq və s…

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında deyir ki, əslində bu, kifayət qədər aktual bir məsələdir. Hər bir vətəndaş əgər xarici ölkəyə üz tutursa, gedəcəyi ölkənin miqrasiya qanunvericiliyi barədə çox məlumatlı olmalıdır. Vətəndaşlar miqrasiya qanunvericiliyi ilə yaxından tanış olmalı, həmin ölkədə əgər uzun müddət qalmaq istəyirlərsə, orada qalmaq üçün hüquqi əsaslarının olması və əmək fəaliyyəti ilə məşğul olmaq üçün imkanların nədən ibarət olduğunu, təhsil almaq niyyətindədirlərsə, təhsil alan şəxslər üçün qanunvericiliyin verdiyi imkanlar nədən ibarətdirsə, bundan yarana biləcək hüquqi öhdəliklərin hamısını nəzərdən keçirməlidir.

“Vətəndaş xarici ölkəyə üz tutursa, təbii ki, bunun sənədləri də qaydasında olmalıdır. Yəni bu da bir qayda olaraq, mütləq şərtlərdən biridir. Yəni sənədlərin natamam olması sonrakı mərhələlərdə ona əlavə problemlər yarada bilər.
Məsələn, gedib əmək fəaliyyəti ilə məşğul olmaq istəyən şəxs hesab edir ki, tək pasport və ya öz ölkəsində aldığı təhsil diplomu kifayət edir ki, gedib xarici ölkədə əmək fəaliyyəti ilə məşğul olsun. Vətəndaş belə vəziyyətdə xarici ölkəyə gedəndən sonra problemlər ortaya çıxmağa başlayır. İş icazələrinin alınmasından tutmuş, iş müqavilələrinin bağlanması və əmək patentinin əldə olunması, onun üçün zəruri sənədlər paketinin təqdim olunması və s. Vətəndaş sənədləri natmam şəkildə xarici ölkəyə üz tutursa, o, müxtəlif problemlər yaşayacaq. Belə olan vəziyyətdə şəxs müxtəlif yollarla saxta sənəd düzəltdirməyə başlayır. Nəticədə şəxs qanuni miqrasiya etməsinə baxmayaraq, qeyri-qanuni bir statusa düşə bilər. Həmin şəxsə hansısa saxta sənədlərin tərtib olunması ilə bağlı xidmət göstərə biləcək hansısa bir şəbəkə varsa, (bu şəbəkə çox zaman kriminal şəbəkə olur) o kiriminal şəbəkənin də bu şəxsin üzərində hansısa bir hökmü yaranır. Sənədlərin özündə saxlanması və digər hallar. Sonrakı mərhələdə artıq bu şəxsin əməyi istismar oluna bilər. Bu səbəbdən də, vətəndaş xarici ölkəyə gedəndə bilməlidir ki, nə məqsədlə gedir”-deyən Allahverənov qeyd edib ki, xarici ölkəyə səfər edən ümumi respublikanın vətəndaşları getdiyi ölkədə bizim səfirlik və ya konsulluqda qeydiyyatdan keçməlidirlər. Yəni ən azından artıq səfirlər məlumatlı olmalıdır ki, Azərbaycan Respublikasının vətəndaşı gəlib, müəyyən ölkə ərazisindədir və müəyyən işlə məşğul olacaq.
Ekspertin fikrincə, bu ona görə lazımdır ki, hansısa bir qeyri-qanuni hallarla üzləşirsə, onun hüquqlarının effektiv şəkildə təmin olması, ən azından tez bir zamanda onun özünün aşkar olunması, ondan zəruri ifadələrin alınması, müəyyən köməkliyin göstərilməsi, hüquqi yardımın göstərilməsi sənədləşmə işlərinin yerinə yetirilməsi və digər məsələlər daha çevik və operativ şəkildə baş verməsi üçün bu tövsiyyə olunur ki həmin şəxs özü barədə məlumat versin. Onun sözlərinə görə, təcrübədə göstərir ki, az qala mütləq əksəriyyət bizim xaricə üz tutan vətəndaşlar səfirliklərdə bu və ya digər formada qeydiyyata durmurlar.
“Çox zaman getdikləri ölkədə bir müddət yaşıyırlar. Və və ya hansısa bir qanunsuzluqla hüquq pozmaqla rastlaşırsa yalnız belə olduğu təqdirdə ya bizim səfirliyə və ya diasopra təşkilatlarına. Yalnız ondan sonra özü barədə müəyyən məlumatı bölüşür. Qeyri-qanuni vəziyyətdə yaşayan miqrantların qeyri-qanuni vəziyyətə düşmələrinin səbəbləri barədə diplomatik korpus məlumatlı ola bilər. Onlar da hansısa bir tövsiyyələr verə bilərlər ki gələcəkdə ölkə ərazisində qanuni şəkildə səfərlər etmiş şəxs sonrakı mərhələdə qeyri-qanuni miqrant vəziyyətinə düşməsin”-deyən Azər Allahverənov bildirib ki, əgər siz qeyri -qanuni miqrasiyanın qurbanı olmaq istəmirsinizsə, sənədlər həmişə surəti çıxarılmış, təsdiq olunmuş şəkildə notarial qaydada üzərinizdə olmalıdır. Və ya xarici ölkəyə getdiyiniz zaman səfər sığortasının mütləq əldə etməkdən çəkinməməlisiniz. Çünki sərhəddə problem yarandıqda, sonrakı mərhələdə yenə də digər bir formada qeyri-qanuni hallarla üzləşə bilərsiniz.
Ekspert bildirib ki, bu sahədə kifayət qədər tövsiyyələr var. Və bu tövsiyyələr vətəndaşlara qeyri-qanuni miqranta çevrilməmək üçün verilir.
Azər Allahverənov qeyd edib ki, bu gün qeyri-qanuni miqrasiya ilə mübarizə bu gün əksər dövlətləri düşündürən və qayğılandıran biri hesab edilir.
“Məsələn əcnəbilər Azərbaycana da gəlirlər, burada sonrakı mərhələdə qeyri-qanuni miqrant statusuna düşürlər. Bu da onların problemlərlə üzləşməsinə səbəb olur. Eynilə bizim vətəndaşlar xarici ölkələrə gedərkən orada müəyyən çətinliklərə düşə bilər, qeyri- qanuni hərəkətlərin qurbanına çevrilə bilərlər. Azərbaycanda olduğu kimi hər bir dövlətin özünün müvafiq qurumlarının miqrantlarının hüquqlarının olması ilə bağlı konkret mexanizimlər var. Konkret dövlət qurumları, ictimai, beynəlxalq təşkilatlar və diaspor təşkilatları var ki, bu və ya digər formada bu prosesə dəstək olur. Amma ən böyük bu prosesdən sığortalaya biləcək şəxsin özünün bu məsələlərə münasibəti, yəni şəxs öz işini zəmanətli görməlidir”-deyə ekspert əlavə edib.
Tarix: 13-09-2023, 14:37
Xəbəri paylaş





Xəbər lenti