'Kapital Bank'ın müştərisi ÇİLƏDƏN ÇIXDI - MÜRACİƏT


"Ay "Kapital Bank", Ay "Birbank", bəs deyirdiz 2 qat ƏDV ödəyirsiniz, nə oldu?" DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Azər Əsədov adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Son bir ayda geri qayidan ƏDV-lərin heç biri 2 qat hesablanmır? Mən hər alış-verişdən sonra gərək izləyim ki, birdən 2 qat hesablanmaz, tez Kapital bank'a yazım...
Ayıb olsun sizə... Heçmi utanmırsınız, göstərdiyiniz xidmətdən?
Adınızı "ölkənin birinci bankı" qoymusuz, amma göstərdiyiniz xidmət "sonuncu bank"ın xidmətindən də pisdir...
Sosial şəbəkələr sizdən şikayət edən müştərilərlə və onların baxılmamış şikayətləri ilə doludur...
Bəsdir pul qazandınız, arada özünüzə hörmət etməyə vaxt ayırın..."

İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq..
Tarix: 14-09-2023, 09:03
Xəbəri paylaş





Xəbər lenti