Rayon rəhbəri Millət vəkili ilə birlikdə şəhid anasının yubileyini təbrik etdi

Tərtərin icra başçısı ilə deputatı Şəhid anasını bu günündə unutmadı
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli
Məclisin deputatı Sahib Alıyev və YAP rayon təşkilatının sədri Eldar
Əsədovla birlikdə Gəncə şəhərində Vətən Müharibəsi Qəhrəmanı, şəhid
Əliyev Anar Vaqif oğlunun anası Səkinə xanımın 70 illik yubileyi münasibəti
ilə onu ziyarət edib.
Siam.az xəbər verir ki, Şəhid anasını təbrik edərək ona səmimi arzularını
çatdırıb, hədiyyə, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən
təşəkkürnamə təqdim edərək, ailənin qayğıları ilə maraqlanıblar.
Rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib.
Şəhidin valideynlərinə Anar kimi igid bir oğul böyütdükləri üçün öz
minnətdarlığını bildirib.
Millət vəkili Sahib Alıyev də Səkinə xanımı təbrik edərək, Anar kimi
qəhrəman oğul böyüdən ananın da qəhrəman olduğunu bildirib.
Görüşdə 44 günlük Vətən müharibəsində tərtərli oğulların göstərdiyi döyüş
sücaətlərindən söhbət açılıb, hər birinin qısa, lakin mənalı ömür yolunun
gənclərə örnək olduğunu bildirilib. Qarabağı görməyən gənclərin
qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş
Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunduğunu
qeyd olunub.
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Əliyev Anar
Vaqif oğlu 1980-cı il avqustun 28-də Kəlbəcər rayonunun Boyaqlı kəndində
anadan olub. İngilis dili müəllimləri olan ata və anasının 1981-ci ildə Ağdərə
rayonunun Levonarx məktəbinə təyinatlarından sonra ailə həmin rayona
köçüb. 1988-ci ildə isə milli zəmində Ermənistanın başladığı qanlı
hadisələrdən sonra Əliyevlər ailəsi Tərtər rayonunun Bəyimsarov kəndinə
köçmək məcburiyyətində qalırlar. Oktyabrın 21-də Xocavəndin Tuğ
kəndində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır
ayının 25-də II Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Şəhid Anar Əliyev sağlıqında “Vətən uğrunda”, Azərbaycan Respublikası
Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Şücaətə görə”, Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001), Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008), Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013), “Hərbi xidmətdə
fərqlənməyə görə” 1-ci və 2-ci dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-
ci və 3-cü dərəcəli medalları ilə, 44 günlük Vətən müharibəsində
Zəngilanın, Cəbrayılın, Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən
döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra
"Vətən Müharibəsi Qəhrəmanı" adı, "Şuşanın azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif olunub.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

Tərtərin icra başçısı ilə deputatı Şəhid anasını bu günündə unutmadı
Tərtərin icra başçısı ilə deputatı Şəhid anasını bu günündə unutmadı
Tərtərin icra başçısı ilə deputatı Şəhid anasını bu günündə unutmadı
Tərtərin icra başçısı ilə deputatı Şəhid anasını bu günündə unutmadı

Tarix: 15-09-2023, 18:06
Xəbəri paylaş





Xəbər lenti