Keçmiş bölmə rəisi Naxçıvan Baş Gömrük İdarəsindən narazıdır - Nə baş verib?


Gömrük polkovnik-leytenantı Süsənbər Ağamalıyeva Naxçıvan Baş Gömrük İdarəsini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, Süsənbər Ağöamalıyevanın məhkəməyə müraciət etməsi işdən çıxarılması ilə bağlıdır.
O, Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsi Gömrük Mühafizə Xidməti İnzibati İdarəetməninin təşkili Bölməsinin rəisi vəzifəsində işləyib. 2021-ci ildə isə tutduğu vəzifədən azad edilib.
Həmin vaxt qurumun rəhbəri Səhət Həbibəyli olub.
Naxçıvan MR Dövlət Gömrük Komitəsi 2022-ci ildə ləğv edilib. Onun bazasında Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. İdarənin rəisi vəzifəsinə isə Vüqar Əliyev təyin edilib.
Süsənbər Ağamalıyevanın işdən çıxarılması ilə bağlı mediada yayılan müraciətində qeyd edilir ki, Səhət Həbibəylinin qərarı qanunsuzdur.
Keçmiş bölmə rəisinin sözlərinə görə, onu işdən çıxarmaq üçün tibbi komissiya təşkil edilib. Komissiya isə səhhətinin gömrükdə işləmək üçün yetərsiz olduğuna qərar verib.
Süsənbər Ağamalıyeva qərarla bağlı məhkəməyə müraciət edib. İş hazırda Ali Məhkəmədədir. Kassasiya şikayətini Süsənbər Ağamalıyeva verib. Dekabrın 26-na iş üzrə şifahi məhkəmə baxışı iclası təyin edilib. İclas hakim Sənan Qarayevin sədrliyi ilə keçiriləcək.



Tarix: 22-12-2023, 10:23
Xəbəri paylaş





Xəbər lenti