“Qardaşının həbsdə qalması üçün hər cür alçaqlıq edən…” – BAXCP sədri Sərdar Cəlaloğlunu TƏHQİR ETDİ
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevlə Azərbaycan Demokratik Partiyası (ADP) lideri Sərdar Cəlaloğlu arasındakı qarşıdurma özünün pik nöqtəsinə çatıb. Q.Həsənquliyevin S.Cəlaloğlunun “sən maksimum öz adını dəyişə bilərsən” fikrinə reaksiyası sərt olub.
BAXCP liderinin mövqeyini müavini Niyaməddin Orduxanlı açıqlayıb.
N.Orduxanlı deyib ki, sədr onun ADP liderinə cavab verməsini məsləhət bilməyib. N.Orduxanlı Q.Həsənquliyevlə aralarında olan söhbətin detallarını açqılayıb:
“Qüdrət bəyə dedim ki, Sərdar Cəlaloğlunun sərsəmləmələrinə cavab vermək istəyirəm. Dedi ki, ləyaqət hissini itirmiş şəxsə cavab vermək onu hörmətə mindirər. Çörçildən misal çəkdi: Dedi ki, Çörçil deyirdi ki, hər dəfə dayanıb yol kənarından sənə hürən itə daş atsan, mənzil başına çata bilməzsən. Bir də qardaşının həbsdə qalması üçün hər cür alçaqlıq edən adamdan nə gözləyəsən…”/Yenisabah.az
Tarix: 22-12-2023, 11:42