Onlarla vətəndaşa qarşı dələduzluq edən Rüfət Priyev niyə həbs edilmir? - AZƏRBAYCANDA DAHA BİR VİZA FIRILDAĞI



Azərbaycanda daha bir şirkətin ABŞ və Kanadaya viza düzəltmək adıyla onlarla vətəndaşa qarşı dələduzluq etməsi faktı üzə çıxıb. 
Bu barədə Gununsesi.info-ya “Greencard Azerbaijan” adlı şirkətin sahibi Rüfət Priyevin əməllərindən zərərçəkən bir qrup şəxs məlumat verib.
Şikayətçilər iddia edir ki, Rüfət Priyev “Caspian Plaza” biznes mərkəzi korpus II, üçüncü mərtəbədə kirayələdiyi ofisində ABŞ və Kanadaya viza düzəltmək adıyla onların etibarından sui-istifadə edərək külli miqdarda pullarını talayıb.


“Heç kəsin onun bu fırıldağından xəbəri olmayıb. Yalnız ofisində gedəndə orada başqa qurbanların şahidi olduq və beləcə aldadıldığımızı dərk etdik” deyən şikayətçilər bildirir ki, Rüfət Priyevin taladığı pulların məbləği ümumilikdə 1milyon manata yaxındır.

Zərərçəkənlərdən olan Vüqar Hüseynov, Ramil Süleymanov , İlqar Şabani, Qurban Hüseynov, Tahir Nəbiyev, Elvin Cəfərov, Emin Cəfərov, Seymur Cabbarov, Mehriban Abddurrahmanlı, Elgiz Ələsgərli, Murad Pənahov, Firudun Əhədov və sair şəxslərdən bəziləri Abşeron və Bakının müxtəlif rayonları üzrə polisə şikayət etsələr də Rüfət Priyev məsuliyyətdən yayına bilir.
Şikayətçilər onu da vurğulayır ki, Rüfət Priyev borclu olduğu adamlara “şikayət etsəniz, pulunuzu verməyəcəm, yaxşısı budur ki, gözləyin” deyə mesajlar da verir.
Rüfət Priyev haqqında araşdırmamız zamanı bəlli oldu ki, o özünün etibarını qazanmaq üçün ödənişli üsulla televiziya ekranlarına da çıxıb.
Hətta İctimai Tv Rüfət Priyevə “Müştəri xidmətləri üzrə mütəxəssis” kimi  efirində yerdə  ayırıb.

 
İddialarla bağlı Gununsesi.info-nun əməkdaşı Rüfət Priyevin özü ilə əlaqə saxlayıb.
O, borclu olduğu şəxslərin pulu qaytaracağını, ancaq müəyyən bir müddət lazım olduğunu deyib: “Mən hamının borcunu qaytaracağam”. 
 
Elmar Elnuroğlu
Gununsesi.info
Tarix: 25-12-2023, 21:09
Xəbəri paylaş





Xəbər lenti