Üşüyən BDU tələbələri rektora lövhədə ərizə yazdılar - FOTO



Bakı Dövlət Universitetində soyuq havada üşüyən tələbələr istilik problemi ilə əlaqədar universitetin rektoru Elçin Babayevə müraciət ediblər.
Ölkə.Az xəbər verir ki, tələbələr rektora müraciətlərini lövhəyə yazdıqları ərizə vasitəsilə çatdırmağa çalışıblar.
Ərizəni yazan BDU-nun Hüquq fakültəsəinin tələbəsi olub.  O, rektordan istilik probleminin aradan qaldırılması üçün göstəriş verilməsini xahiş edib.
Daha sonra digər tələbələr sözügedən ərizənin fotosunu sosial şəbəkələrdə paylaşıblar.
Tarix: 26-12-2023, 21:50
Xəbəri paylaş





Xəbər lenti