Səttar Möhbalıyevin qızı da vəzifəsindən azad edildi


Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçmiş sədri Səttar Möhbalıyevin qızı Lalə Möhbalıyeva da AHİK-dəki vəzifəsindən xaric edilib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, o, müvafiq əmrlə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad olunub.
 
Xatırlatma: 2024-cü ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən azad edilib. Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb. 
Tarix: 10-11-2024, 12:31
Xəbəri paylaş





Xəbər lenti