Əmək Müfəttişliyi Xidməti və Şuşada milyonluq layihələr həyata keçirən şirkət arasında mübahisə - Əmək hüquqlarının pozulduğu bildirilir


Dövlət Əmək Müfəttişliyi Xidməti və "Conco" QSC arasında çəkişmə davam etməkdədir.
 
Pravda.az-ın xəbərinə görə, Müfəttişliyin QSC barəsində tərtib etdiyi protokola növbəti dəfə Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə noyabrın 25-də baxılacaq.
 
Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
Qeyd: "Conco" QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.
Tarix: 11-11-2024, 21:34
Xəbəri paylaş





Xəbər lenti