Moqadişuda partlayış: 231 ölü, 275 yaralı

Moqadişuda partlayış: 231 ölü, 275 yaralı Somalinin paytaxtı Moqadişuda partlayış nəticəsində ölənlərin sayı 231-ə çatıb, daha 275 nəfər xəsarət alıb.

Yenicag.az “Associated Press”-ə istinadən xəbər verir ki, partlayıcı ilə yüklənmiş yük maşını dünən paytaxtın Xodan rayonunda mehmanxana yaxınlığında partladılıb.

Ölkə prezidenti hadisə ilə əlaqədar 3 günlük matəm elan edib.

Partlayışa görə məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib
Tarix: 15-10-2017, 23:40
Xəbəri paylaş





Xəbər lenti