ABŞ Suriyadakı kürd terrorçularına maaş verəcək – İŞİD-in nə üçün yaradıldığı bəlli oldu

ABŞ Suriyadakı kürd terrorçularına maaş verəcək – İŞİD-in nə üçün yaradıldığı bəlli oldu Hurriyyet.org xəbər verir ki, ABŞ Rakka şəhərində İŞİD terrorçuları ilə YPG yaraqlıları arasında ərazilərin təhvil-təslim işlərini başa çatdırdı. Bununla da Suriyada dövlət içərisində separatçı dövlət qurmuş oldu. Bundan sonra isə PKK-nın Suriya uzantısı olan YPG terrorçularına həm hərbi təlim, həm də ayda 150 dollar maaş verəcək.

Rusiyanın “Sputnik” informasiya agentliyi ABŞ-ın YPG-yə təlim verdiyi Ayn İsada yerləşən düşərgənin fotolarını paylaşıb.

ABŞ təlim keçir, silah-sursatla təmin edir

Rakkada İŞİD terrorçuları ilə əldə edilən razılaşmadan sonra şəhərdə asayişi qorumaq vəzifəsini yerinə yetirəcəyi bildirilən YPG terror təşklatının təlim və təchizatını ABŞ təmin edir.

Ayda 150 ABŞ dolları maaş

Silahları və hərbi texnikası, avtomobilləri koalisiya qüvvələri tərəfindən təmin edilən asayiş qüvvələrinin hər birinə ayda 150 dollar maaş ödənilir.

Beləliklə, İŞİD vasitəsilə Rakka şəhərinin ixtiyarını Suriya dövlətindən aldıqdan sonra, guya şəhəri İŞİD-dən xilas etmək adı ilə YPG yaraqlıları vasitəsilə bölgəyə sahiblənmək planı baş tutub.
Tarix: 19-10-2017, 08:34
Xəbəri paylaş





Xəbər lenti