Meksikada quldurlarla atışma olub: ölənlər var

Meksikada quldurlarla atışma olub: ölənlər var Meksikanın Sonora ştatında hüquq-mühafizə orqanlarının əməkdaşları ilə quldurlar arasında atışma olub.



"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın prokuroru Rodolf Montes-de-Oka xəbər verib. Onun sözlərinə görə, toqquşma Ermosil şəhərində olub. Belə ki, quldurlar evlərdən birində axtarış aparmaq istəyən polislərə hücum edib. Atışma zamanı 5 cinayətkar öldürülüb.



Silahlı insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları arasında zərər çəkən olmayıb. Hakimiyyət orqanları bildiriblər ki, cinayətkarlar evdə narkotik maddələrin satışı mərkəzini təşkil ediblər.
Tarix: 20-10-2017, 07:31
Xəbəri paylaş





Xəbər lenti