Öldürülən jurnalistin övladları 1 milyon avrodan imtina etdilər

Öldürülən jurnalistin övladları 1 milyon avrodan imtina etdilər Sürdüyü avtomobilin bomba ilə partladılması nəticəsində həlak olan maltalı araşdırmaçı jurnalist Dafne Karuana Qaliziyanın oğulları, təklif edilən bir milyon avroluq mükafatdan imtina ediblər.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, onlar Maltanın Baş naziri Josef Muskatın istefasını tələb ediblər.

53 yaşlı Dafnenin oğlu Metyu Karuananın feysbukda paylaşdığı və qardaşları Endryu və Polun imzaladığı bəyanatda “Malta liderləri tərəfindən fasiləsiz təyziq altındayıq” yazıblar.
Tarix: 20-10-2017, 07:57
Xəbəri paylaş





Xəbər lenti