Prezident administrasiyası binası qarşısında -Aksiya

Prezident administrasiyası binası qarşısında -Aksiya Ukrayna Ali Radasının qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları prezident administrasiyası binasının qarşısına toplaşıb.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, etirazçıları təmsil edən bir neçə nümayəndə prezident administrasiyasına yollanıb. Onlar Ukraynada antikorrupsiya məhkəmələrinin yaradılması haqqında bir qrup deputatın hazırladığı qanun layihəsini prezident Pyotr Poroşenkoya təqdim etmək niyyətindədir. Aksiya iştirakçıları qanunvericiliyə uyğun olaraq, prezidentin adından qeyd olunan qanun layihəsini Radaya təqdim etməsini tələb edəcəklər.
Prezident administrasiyasının qarşısına polis qüvvələri cəlb edilib. Etirazçılarla polis arasında qarşıdurmanın olmadığı bildirir.
Tarix: 20-10-2017, 08:23
Xəbəri paylaş





Xəbər lenti