Merkelə və türk düşmənlərinə BÖYÜK ŞOK – Aİ ölkələrinin əksəriyyəti Türkiyənin lehinə çıxış edirlər

Merkelə və türk düşmənlərinə BÖYÜK ŞOK – Aİ ölkələrinin əksəriyyəti Türkiyənin lehinə çıxış edirlər Hurriyyet.org xəbər verir ki, Aİ-də Almaniya, Avstriya və Danimarkadan başqa qalan ölkələr Türkiyənin əleyhinə siyasət yürüdülməsinə qarşı olduqlarını bildiriblər.

Bu vəziyyətdən ən çox narahat olanlar isə yunanlar olub.


Almaniyanın baş naziri Merkel, lideri olduğu Avropa İttifaqının Türkiyəyə qarşı siyasət yürütməli olduğu məsələsində israr edib.

Almaniya, Avsrtiya və Danimarkadan savayı, qalan ölkələr tərəfindən müsbət qarşılanmayan bu istək təxirə salınıb. Məsələ yunan mətbuatında geniş əks-səda doğurub.

Türkiyəyə qarşı 3 ölkə

“Fileleftheros” qəzetində dərc edilən xəbərdə, Estoniya, Çexiya, Xorvatıstan, Fransa, İtaliya, Rumıniya, Slovakiya, Macaristan və Polşanın Türkiyənin tərəfində, Almaniya, Avstriya və Danimarkanın isə Türkiyəyə qarşı siyasətləri dəstəklədiyi bildirilib.

Ərdoğan güclənir qorxusu

Yunanlar Avropa İttifaqının Türkiyəni küncə sıxışdırmadığı üçün prezident Rəcəb Tayyib Ərdoğanın daha da gücləndirini və Şimali Kipr Türk Respublikası məsələsində güzəştə getmədiyini yazıb.

Aİ-nin təzyiq göstərməsini istəyirlər

Şimali Kipr Türk Respublikasındakı türk hərbçisini “işğalçı” adlandıran yunanlar Avroa İttifaqının hərəkətə keçməyəcəyi təqdirdə çətin vəziyyətə düşə biləcəklərini deyib.

Siam.az
Tarix: 20-10-2017, 08:35
Xəbəri paylaş





Xəbər lenti