RUSİYADA XRİSTİANLIĞIN “ZƏFƏR DÖVRÜ”:"Putin Tanrının bizə lütfüdür" deyənlər və "bütpərəstlər" - TƏHLİL

RUSİYADA XRİSTİANLIĞIN “ZƏFƏR DÖVRÜ”:"Putin Tanrının bizə lütfüdür" deyənlər və "bütpərəstlər" - TƏHLİL Qlenn Ellis, Viktoriya Kolçina

“Al-Jazeera” (Qətər)



Beş il bundan əvvəl Moskvada “Pussy Riot” adlı qadın pank qrupunun kilsədə bədnam etiraz aksiyası Rusiya dövləti və pravoslav kilsəsi, xüsusən yaxın münasibətdə olan Vladimir Putin və patriarx Kirill arasında kəskin parçalanmanı aşkara çıxardı. O vaxtlar əksər rusların başı xüsusilə ölkənin iqtisadi problemləri, Qərblə pisləşən əlaqələr və baş nazir vəzifəsini yerinə yetirən Putinin yenidən prezident seçilməsi kimi başqa şeylərə qarışmışdı.


Amma indi həmin məsələ gündəmdədir, çünki Putinin bir çox əleyhdarlarının fikrincə, bugünlərdə Kreml və Pravoslav Kilsəsinin bir-birinə verdiyi parlaq təşviqlər və qarşılıqlı anlaşma, daha sıx şəkildə müəyyən edilmiş sosial və dini konservatizm, həssas millətçilik və Prezident şəxsiyyətinə artan pərəstişlə eyni vaxta təsadüf edir.

Bu yaxın əlaqənin ən aydın görünən əlaməti tele-radio ilə yayımlanan dini fanatizmdir. Ölkənin ən sürətlə inkişaf edən auditoriyası öyünəcək “Tsargrad TV”-nin ofisi – Rusiyanın ən ultramühafizəkar pravoslav kanalı (baş redaktoru Aleksandr Dugindir) Moskvanın Qızıl Meydanı yaxınlığında yerləşir.

"Kommunizmin süqutundan sonra böyük uçurum vardı… boşluq, çünki hər şey qara dəliyə düşməyə başladı… Bütün əminliklər, bütün həqiqətlər bir anda itdi", – Dugin deyir.

Dugin açıqlayıb ki, Rus Pravoslav Kilsəsi bu boşluğu doldurur. Əslində, “Tsargrad TV” ofisindən görünüş hər şeyi deyir: Moskvanın saysız-hesabsız qübbələri və qızılı xaçlar, zənglər…

Kanalın sahibi, Kremllə əlaqəli investisiya bankçısı Konstantin Malofeyev bir zamanlar “Tanrının oliqarxı” adı almışdı. "Mən Tanrının xidmətçisiyəm, onun oliqarxı deyiləm…" – deyərək o, II Nikolayın böyük bir portreti altında oturur.

"Biz indi Rusiyada yaşayırıq… xristianlığın zəfər dövründə…”. Malofeyev hansı məsuliyyəti daşıdığını yaxşı bilir. "Prezident Putin liderimizdir… O, Tanrının bizə lütfüdür".

Başqalarının fikrincə, pravoslav kilsəsini Rusiya daxili işlərə müdaxilə etdirməklə, Putin yalnız mühafizəkar və millətçi siyasi gündəmə olan dəstəyi təmin edir. Ağıllı işdir, çünki bütün rusiyalıların yarısı və ya üçdə ikisi özünü pravoslav xristian adlandırır.



Ailə içi şiddətə qarşı mübarizə




Rusiya parlamenti – Duma son illərdə tez-tez rus pravoslav kilsəsinin köməyi ilə dəstəklənən sosial tənzimləyici qanunvericiliyi müəyyənləşdirib. Bu qanunlardan ən mübahisəlisi (358 səslə qəbul edilmiş) məsihçi əqidəyə zidd olaraq, ailə içi zorakılığa bəraət qazandırır.

Buna baxmayaraq, qanun qəbul edildikdən sonra verilmiş bəyanatda kilsə fiziki cəzanın "əsas hüquq" olduğuna təkid edib.

İctimai fəal Alyona Popova həmin qanunla əlaqədar deyir: "Bu qanuna əsasən, biri döydükdə cərimə ilə canınızı qurtara bilərsiniz. Məbləğ səhv parklamada olduğu qədərdir, amma bu, doğru deyil".

Onun sözlərinə görə, ötən il Rusiyada 14 min qadın tərəfdaşından xəsarət alıb. Yəni hər 40 dəqiqədə bir qadın döyülüb.



Digər kilsə və əqidələri hədəfə alan qanunlar



“Yarovaya Qanunu” olaraq bilinən başqa bir qanun dini missionerliyə yeni məhdudiyyətlər müəyyənləşdirib. Onun müddəalarına əsasən, missionerliyə bu tərif verilib: "Dini birlik iştirakçıları (üzvləri, ardıcılları) olmayan insanlar arasında, onları həmin birliyin iştirakçıları (üzvləri, ardıcılları) kimi cəlb etmək məqsədi ilə, inanclar haqqında məlumatları yaymaq fəaliyyəti. Birbaşa dini qurumlar və ya vətəndaşlar və / və ya onların səlahiyyətli hüquqi şəxsləri tərəfindən kütləvi informasiya vasitələri, internet və ya başqa qanuni vasitələrlə ictimai fəaliyyət…"

Bu müddəaların hədəfi Pravoslav Kilsəsindən fərqli başqa kilsə və dinlərin tərəfdarlarıdır.

“Yehovanın şahidləri” kilsəsinin sözçüsü Mixail Panişevin Moskva ətrafındakı evinə “FSB” (Federal Təhlükəsizlik Xidməti) istənilən an gələ bilər. Panişevin özü bu barədə xəbərdar edir.

Keçən aprel ayında Rusiyanın Ali Məhkəməsi bütün mülklərini ələ keçirdikdən sonra “şahidlər”i "ekstremist" qrup elan edib.

O zamandan bəri onların evlərinə və ibadət yerlərinə qarşı çox sayda hücumlar olub. Bu kiçik qrupun əksəriyyəti artıq həbsxanalardadır.



Gecə reydləri



Kommunizmin süqutundan bəri Rusiyada dövlət dəstəyi ilə 25 min kilsə tikilib və ya bərpa olunub. Moskva parklarından biri də kilsə tikintisi üçün ayrılıb.

İnşanın əleyhdarı olan Yevgeni Lebedev deyir ki, açıq şəkildə etiraz etmək risklidir. Onun və digər 11 nəfərin evi gecə maskalı şəxslərin hücumuna məruz qalıb.

Pravoslav kilsəsinin dəstəklədiyi başqa bir yeni qanun bu cür basqınlara haqq qazandırır. Bu halda, "dindarların duyğularını təhqir etmək" müddəası işə düşür.

Basqınlar dövlət telekanalında yayımlanıb və patriarx Kiril, Lebedev və onun yoldaşlarını "bütpərəst" adlandırıb.

Pravoslav kilsəsinin statusu və imtiyazlarının gücləndirmək üçün hüquq-mühafizə əzələsindən istifadəsi bir neçə on il bundan əvvəl kommunistlərin dini məhv etmək üçün qəddar tədbirlərinə dərin istehzadır.

Sovet dövlətinin qurucusu olan Lenin o günlərdə dövlətin dinə baxışını belə ifadə etmişdi: "Din xalq üçün tiryəkidir… Bütün müasir dinlər və kilsələr, hər cür dini quruluşlar, marksizmin fikrincə, fəhlə sinfinin zəifləməsi üçün istifadə olunan burjua irticasıdır".

Şübhəsiz, Sovet İttifaqı varikən Vladimir Putin hələ də sadiq KQB zabiti idi, fərdi məhkumluq olmasa belə, bu cür düşüncəni siyasi məqsədəuyğunluqla qəbul edərdi.

Amma indi o prezidentdir, açıq-aydın şəkildə fərqli düşünür və Rus Pravoslav Kilsəsindən lazımınca faydalanır.



Tərcümə: Strateq.az
Tarix: 20-10-2017, 09:46
Xəbəri paylaş





Xəbər lenti