Mason Lojasının üzvləri Atatürkün məzarını ziyarət etdi –“Liderimiz Atatürk, huzurundayıq” – FOTOLAR

Mason Lojasının üzvləri Atatürkün məzarını ziyarət etdi –“Liderimiz Atatürk, huzurundayıq” – FOTOLAR “Azad və Qəbul Edilmiş Masonlar Böyük Lojası” Dərnəyi üzvü Türk Masonları rəhbərləri Bülənd Akkanın baçılığı ilə Mustafa Kamal Atatürkü anmaq üçün Anıtqəbiri ziyarət ediblər.

Türk masonlar Anıtqəbrə əkili qoyaraq bir dəqiqəlik süküt ediblər. Cümhuriyyətin 94-ci ili münasibəti ilə təşkil olunan anım mərasimindən sonra, türk masonlarının lideri Bülənt Akkan xüsusi dəftərə bu sözləri yazıb:

“Liderimiz Atatürk, türk masonları olaraq Cümhuriyyətin qurulmasının 94-cü ilində ideallarınıza olan bağlılığımız, xatirənizə olan sonsuz hörmətimiz və əvəzolunmaz dərin məhəbbətimizlə hüzurunuzdayıq. Vətəninə, millətinə sədaqət andı ilə bağlı olan bizlər, Türkiyə Cümhuriyyətinin demokratik dəyərlərə bağlı, millətin suverenliyinə əsaslanan, azadlıqsevər, dünyəvi quruluşunun davam edəcəyinə yönəlik inamımızı hər zamankından daha çox qoruyuruq.” (Avropa.info)Mason Lojasının üzvləri Atatürkün məzarını ziyarət etdi –“Liderimiz Atatürk, huzurundayıq” – FOTOLAR
Mason Lojasının üzvləri Atatürkün məzarını ziyarət etdi –“Liderimiz Atatürk, huzurundayıq” – FOTOLAR
Tarix: 23-10-2017, 22:25
Xəbəri paylaş





Xəbər lenti