İran varlıları pullarını ölkədən çıxarır - Ekspert


ABŞ-ın iqtisadi sanksiyaları İran iqtisadiyyatına güclü təsir edib. İran rialının kəskin devalvasiyası bahalaşmaya səbəb olub. Bir neçə gün budan öncə Tehran bazarında dükanları bağlanan tacirlər etiraz aksiyası keçirmişdilər. Məlumata görə, artıq iranlılar kapitalını xarici ölkələrə daşıyırlar.

Cebhe.info xəbər verir ki, bu barədə “Neft Araşdırmaları” Mərkəzinin sədri, iqtisadçı İlham Şaban özünün facebook səhifəsində yazıb:

"İrandan kapital axını kəskin artmağa başlayıb. İran prezidentinin müşaviri Əkbər Türkan “Tasnim” agentliyinə açıqlamasımda deyib ki, əhali arasında hətta öz mülkünü satıb gedib Türkiyədə, Gürcüstanda və Azərbaycanda daşınmaz əmlak alanların sayı artıb. Tramp bu dəfə İranı içəridən silkələmək istəyir deyəsən. Lap Sovetin “perestroykası”nda olduğu kimi: varlılar daha köhnə qaydalarla yaşamaq istəmədilər deyə Soveti qısa müddətə dağıdıb öz quruluşlarını qurdular”.


Tarix: 1-07-2018, 15:17
Xəbəri paylaş





Xəbər lenti