Ukrayna zabitləri gecə klublarına, restoran və konsert zallarına basqın edib...

Ukrayna zabitləri gecə klublarına, restoran və konsert zallarına basqın edib...
Ukraynanın səfərbərlik və hərbi çağırış zabitləri ölkənin iri şəhərlərində axsam saatlarında gecə klublarına, restoran və konsert zallarına basqın edib.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən bildirir ki, məqsəd çağırışa yararlı kişiləri müəyyən etmək, onların çağırışla bağlı müvafiq qeydiyyatdan keçib-keçmədiyini yoxlamaq olub.

Ukrayna-Rusiya müharibəsi tarixində ilk dəfə reallaşan məlum tədbirlər nəticəsində xeyli sayda şəxsin saxlanıldığı bildirilir. Məlum tədbirlərin müəyyən zaman fasiləsi ilə gələcəkdə də davam etdiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, Ukraynada 25-60 yaşlı bütün kişilər hərbi xidmətə çağırıla bilər. 18-60 yaşlı kişilərin isə ölkəni tərk etməsinə icazə verilmir.
Tarix: Bu gün, 08:30
Xəbəri paylaş





Xəbər lenti