ABŞ-ın “acığına” yeni – SİYAHI

 ABŞ və Kanada arasında gömrük tarifləri ətrafında bir müddətdir davam edən gərginlik Kanadanın açıqladığı yeni siyahı ilə növbəti mərhələyə qədəm qoyub.
7news.Az xəbər verir ki, Kanada xarici işlər naziri Kristia Frilənd Hamilton şəhərində mətbuat konfransı təşkil edib.
O, konfransda söz verib ki, Kanada yeni tarif siyahısından geri çəkilməyəcək.
Siyahıda nəzərdə tutulan tariflər iyulun 1-dən qüvvəyə minəcək və bu siyahıya əsasən, ABŞ məhsullarına 16,6 milyard dollarlıq əlavə vergi tətbiq olunacaq.
Frilənd ABŞ-ın gömrk tariflərini artırmaq üçün irəli sürdüyü təhlükəsizlik qayğılarını "boş” və "incidici” hesab edib:
"Bu qərarı almaq bizi xoşbəxt etmir. Ancaq ABŞ tarifləri məcbur edir ki, öz işçilərimizi, sənayemizi və cəmiyyətimizi müdafiə edək. ABŞ bizə başqa yol qoymadı. Bu anlaşılmazlıq ABŞ öz qərarından geri çəkilməyincə həll olunmayacaq”.
Tarix: 1-07-2018, 15:44
Xəbəri paylaş





Xəbər lenti