Pentaqon öz məqsəd və vəzifələrini dəyişib! – Səssiz-küysüz…

  Pentaqon səs-küy salmadan, öz məqsəd və vəzifələri haqqında «əsasnamə»ni korrektə edib. Amma «Task&Purpose» nəşri bu dəyişikliyə diqqət yetirib.
Bundan əvvəl Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyi (MN) özünü«müharibənin qarşısının alınması və ölkənin təhlükəsizliyinin qorunması» üçün silahlı qüvvələr təqdim edən vasitə kimi qələmə verirdi. Belə təqdimat hələ də Pentaqonun saytındakı «İdarə haqqında informasiya» bölməsində yer alır. Ancaq baş səhifədə Pentaqonun fərqli missiyası göstərilib.
«Müdafiə Nazirliyinin missiyası, ölkənin təhlükəsizliyinin qorunması və xaricdə Amerika təsirini təmin etmək üçün ABŞ-ı ölümsaçan qüvvələrlə təmin etməkdən ibarətdir» – deyə, saytda göstərilib.
Bununla yanaşı, idarənin strategiyasında deyilir ki, onun mətni 2017-ci ilin yanvarından sonra təzələnməyib.
Qəzet qeyd edir ki, belə dəyişiklik ABŞ prezidenti Donald Trampın siyasəti fonunda əhəmiyyəti görünür və mümküdür ki, milli təhlükəsizliyə daha aqressiv yanaşmanı nəzərdə tutur.
Jurnalistlər işarə vururlar ki, böyük ehtimalla, Pentaqon öz missiyasına «sakitcə və kiçicik tələsgənliklə» əlavələr edir.
Tarix: 2-07-2018, 06:50
Xəbəri paylaş





Xəbər lenti