Bolton Tramp-Putin görüşü barədə: Məsələ İrandır!

 Rusiya və ABŞ arasında qarşıdan gələn sammitdə Donald Tramp üçün mərkəzi element Suriyanın gələcəyi və bu ölkənin ərazisindən İranı çıxarmaq üçün Moskvanın əməkdaşlığa cəlb edilməsi cəhdləri olacaqdır. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
Bolton Vaşinqtonun artıq Suriya Prezidenti Bəşər Əsədə qarşı ritorik müxalifətdən imtina etdiyini bildirib.
“Əsədin strateji bir məsələ olduğunu düşünmürəm. Məncə, strateji məsələ İrandır”, – Bolton bildirib.
Xatırladaq ki, media Helsinkidə keçiriləcək görüş zamanı Tramp və Putinin Suriya məsələsi ilə bağlı müqavilə imzalayacağını iddia edir.
Tarix: 2-07-2018, 22:31
Xəbəri paylaş





Xəbər lenti