Avropa İttifaqından ABŞ-a 294 milyard dollarlıq NƏHƏNG CAVAB TƏDBİRİ

 Avropa İttifaqı ABŞ-ın Avropa ölkələrindən idxal edilən avtomobillərə əlavə gömrük vergisi tətbiq eləmək qərarı alacağı təqdirdə 294 milyard dollarlıq ticari cavab addımı ata biləcəyi barəsində xəbərdarlıq edib. Qarşılıqlı ticari anlaşılmazlıqlar məsələsi ilə bağlı Aİ Komissiyasının ABŞ Ticarət Nazirliyinə göndərdiyi məktub mətbuata sızıb.
Məktubda avtomobillərə və ehtiyat hissələrinə ABŞ tərəfindən polad və alüminium məhsullarına əlavə gömrük vergisinin tətbiq edilməsinin lazımsız və iqtisadi baxımdan mənasız olduğu deyilir, ilkin qiymətləndirmələrə görə, ABŞ-ın Avropa avtomobilləri və ehtiyat hissələrinə 25% əlavə gömrük vergisi tətbiq eləmək qərarının Amerikanın ümumi məbləği 294 milyard dollara çatan cavab tədbirləri ilə qarşılaşmasına səbəb ola biləcəyi barəsində xəbərdarlıq edilir.(Hurriyyet.org)
Tarix: 3-07-2018, 09:11
Xəbəri paylaş





Xəbər lenti