40 dövlət ABŞ-a qarşı – Ticarət müharibəsi yeni mərhələdə



Avropa Birliyi, Çin və Yaponiya daxil olmaqla 40 dövlət Donald Trampın avtomobil və onun ehtiyat hissələrinin idxalına əlavə gömrük rüsumu tətbiq etmək istəyinin yaratdığı narahatlığı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) gündəmə gətirib.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın bu tədbirlərə əl atacağı təqdirdə iqtisadi münasibətlərin pisləşməsinə səbəb olacağını, beynəlxalq ticarətdə böhrana yaradacağını qeyd edən Yaponiya və Rusiya ÜTT-da müzakirələr aparılmasını vacib sayıb.

Avropa Birliyinin 28 ölkəsi daxil olmaqla ÜTT-nın 40-dan çox üzvü dünya ticarətində avtomobilin əhəmiyyətini göz önünə gətirərək ABŞ-ın qərarlarının beynəlxalq bazara mənfi təsir göstərəcəyini qeyd ediblər.

Qeyd edək ki, ABŞ milli təhlükəsizlik məsələlərilə bağlı olaraq Avropaya polad və alimünium idxalına vergi tətbiq edib, avtomobil və onun ehtiyat hissələrinə isə əlavə vergilər tətbiq etmək niyyətindədir.

Lakin Avropa Birliyi ABŞ-ın avtomobil və onun ehtiyat hissələrinə idxal vergi tətbiq etməsinin özünün avtomobil sənayesinə ciddi zərər verəcəyini bildirib, ticarət tərəfdaşlarının 294 milyard dollar civarında qarşılıqlı tədbir alınması haqda xəbərdar edir.

ABŞ-ın yeni vergi siyasətinin ÜTT-nın şərtlərinə uyğun olmasına şübhə ilə yanaşan ölkələr arasında Çin, Türkiyə, Kanada, İsveçrə, Norveç, Kostarika, Honkonq, Sinqapur, Braziliya, Cənubi Koreya, Meksika, Qətər, Tayland, və Hindistan yer alır.

Tarix: 4-07-2018, 22:44
Xəbəri paylaş





Xəbər lenti