İrəvan Qazaxıstana göndərdiyi hərbçilərin sayını açıqladı



Ermənistan Müdafiə Nazirliyi Qazaxıstana göndərdiyi hərbçilərin sayını açıqlayıb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir ki, Kollektiv Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana 100 hərbçi göndərilib. İrəvan iddia edir ki, erməni hərbçilər strateji əhəmiyyətli obyektlərin mühafizəsini həyata keçirəcəklər.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Qazaxıstana 70 hərbçi göndərəcəyi bildirilirdi.
Musavat.com
Tarix: 8-01-2022, 21:37
Xəbəri paylaş





Xəbər lenti