Pompeo prezidentlik uğrunda mübarizə aparmaq ümidi ilə 40 kiloqram arıqladı...

Pompeo prezidentlik uğrunda mübarizə aparmaq ümidi ilə 40 kiloqram arıqladı...
Son aylarda ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo nəzərəçarpacaq dərəcədə arıqlayıb. Siyasətçinin özü hələ 2024-cü ildə keçiriləcək prezident seçkilərində mümkün iştirak planlarını açıqlamasa da, onun arıqlaması Ağ Evdəki post uğrunda qarşıdan gələn yarışla əlaqələndirilə bilər.
 
Moderator.az bildirir ki, bu barədə “The Times” nəşri yazır. İnternetdə Mayk Pompeonun nəzərəçarpacaq dərəcədə arıqladığı şəkilləri peyda olub. Amerikanın nüfuzlu nəşri yazır ki, onlar ABŞ-ın keçmiş dövlət katibinin 2024-cü ildə prezidentlik uğrunda mübarizə aparmağı planlaşdırdığı ilə bağlı fərziyyələrə əsas verir.
 
Nəşrin məlumatına görə, Pompeo özü hələ Ağ Evdəki vəzifə uğrunda yarışda iştirak edib-etmədiyini açıqlamayıb. Lakin bəzi Amerika KİV-ləri artıq onu Respublikaşılar partiyasından potensial namizədlərin “10-luğuna daxil edib.
 
“Amerika Pompeonu daha az görür, ona görə yox ki, Tramp administrasiyası Ağ Evi tərk edib. O, həqiqətən “azalıb”, daha dəqiq desək, 90 funt (demək olar ki, 41 kiloqram – red.) çəki atıb", - deyə siyasətçidən müsahibə götürən New York Post istehza ilə qeyd edir.
 
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru ötən ilin iyununda tərəziyə çıxdıqdan sonra daha sağlam həyat tərzi sürmək qərarına gəldiyini etiraf edib. Siyasətçi həyatında ilk dəfə təxminən 300 funt (136 kiloqram – red.) çəkiyə malik olduğunu aşkar edib. O, 2010-cu ildə Kanzas ştatının nümayəndəsi kimi konqresə seçildikdən sonra çəkisinin tədricən artdığını deyib.
 
Pompeo bildirib ki, o, demək olar ki, hər gün idmanla məşğul olmağa və düzgün qidalanmağa başlayıb, bundan sonra çəki azalmağa doğru gedib". Onun sözlərinə görə, o, idman zalına getməyib, məşq etmək üçün evə avadanlıqlar almağa üstünlük verib.
 
“Biz (Pompeo ailəsi – red.) italiyalıyıq, makaron, çörək, pendir və desertlərlə doyurucu yeməklərdən həzz alırıq. Biz dostlarımız və ailəmizlə birlikdə onlardan həzz almağa davam edəcəyik. Yalnız indi mən bu sözləri deyən adam olacağam: “Yəqin ki, mən salat götürəcəm”, - deyə Dövlət Departamentinin keçmiş rəhbəri bildirib.
 
Dörd il Tramp administrasiyasında çalışmış Pompeo indiyədək prezidentlik ambisiyaları ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb. Ancaq keçən il Fox Newsa verdiyi müsahibədə o, "yaxşı döyüşə həmişə hazır olduğunu" qeyd etmişdi. Üstəlik, siyasətçinin növbədənkənar prezident seçkilərinin keçirildiyi ştatlara səfərləri onun mümkün namizədliyi ilə bağlı şayiələri təsdiqləyir, - deyə The Times yazır.
Tarix: 8-01-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti