Moskva Vaşinqtona güzəştdən imtina edib

Ryabkov: “Rusiya ABŞ-ın xeyrinə birtərəfli güzəştə getməyəcək”
Rusiyanın xarici lər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskva Vaşinqtona birtərəfli güzəştlərə getmək niyyətində deyil. AYNA xəbər verir ki, diplomat “RİA Novostiyə müsahibəsində təhlükəsizlik məsələləri üzrə Cenevrədə keçiriləcək məsləhətləşmələri şərh edərkən belə deyib.
Ryabkov vurğulayıb ki, ABŞ konstruktiv müzakirə əvəzinə spekulyasiyaya üstünlük verir: “Təbii ki, Moskva məsləhətləşmələr ərəfəsində Vaşinqton və Brüsseldən gələn siqnallardan məyus olub. Bu siqnallar bizə lazım olanın yanlış anlaşılmasını əks  etdirir. Bizə hüquqi təminatlara, NATO-nun daha da genişlənməyəcəyinə, anti-Rusiya təbliğatının, 1997-ci ildən bəri Rusiya siyasətinin mahiyyətinin nədən ibarət olduğuna dair hər cür yalan fikirlərin aradan qaldırılacağına dair hüquqi təminatlar verilməlidir".
Qeyd edək ki, Cenevrədə yanvarın 9-10-da Moskvanın təhlükəsizlik təminatı ilə bağlı təklifləri üzrə Rusiya-Amerika məsləhətləşmələri keçiriləcək. Sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası, Vyanada isə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) platformasında məsləhətləşmələr keçiriləcək.
Rusiya Federasiyasının NATO və ABŞ ilə təhlükəsizlik zəmanətləri üzrə saziş layihələri dekabr ayında Rusiya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilib. Sənəddə deyilir ki, Vaşinqton NATO-ya daxil olmayan keçmiş SSRİ ölkələrinin ərazilərində hərbi bazalar yaratmamalıdır. Bundan əlavə, Rusiya ABŞ-a bu dövlətlərin infrastrukturundan hərbi məqsədlər üçün istifadə etməməyi tövsiyə edir.
Tarix: 9-01-2022, 15:10
Xəbəri paylaş





Xəbər lenti