Putin: “KTMT rəngli inqilablara yol verməyəcək”

Kasım Jomart Tokayev isə çıxışında ölkəsində baş verənləri “dövlət çevrilişinə cəhd” adlandırıb. O, bu addımın arxasında hansı siyasi qüvvələrin dayandığını açıqlamayıb. “Dinc etirazlar pərdəsi altında nəhəng iğtişaşlar törədilib, bir komanda ilə dini radikallar, kriminal elementlər, qəddar soyğunçular, talançılar, xırda xuliqanlar ortaya çıxıb”, daha sonra “silahlılar öz saatlarını gözləyiblər”, – Tokayev deyib. Onun sözlərinə görə, iğtişaşlara xaricdən də qatılanlar olub və onları “terrorçu” adlandırıb. Prezident konkret ölkə adı çəkməyib.
Ordu dinc etirazçılara atəş açmayacaq
Tokayev hakimiyyətin dinc aksiya iştirakçılarının tələblərini yerinə yetirdiyini deyərək dinc aksiyalarla iğtişaşları qarışdırmamağa çağırıb. Onun sözlərinə görə, Qazaxıstan ordusu heç vaxt dinc etirazçılara atəş açmayacaq. Tokayev ötən həftə etirazçılara xəbərdarlıqsız atəş açmaq əmri verdiyini demişdi. Onun fikirləri hüquq müdafiəçiləri, Qərb ölkələri, o cümlədən ABŞ Baş katibi tərəfindən tənqid olundu.
Qazaxıstan prezidenti KTMT qüvvələrinin gəlişinin dövlət çevrilişi hazırlayanların planlarını pozduğunu, Almatıda asayişin bərpasına kömək etdiyini vurğulayıb. O, köməyə görə şəxsən Putinə təşəkkür edib.
Tokayev “dövlət çevrilişi cəhdi” ilə bağlı iddialarını hər hansı dəlillə əsaslandırmayıb, bu haqda daha sonra danışacağını deyib. O, hüquq-mühafizə əməkdaşlarının dinc nümayişçilərə hücum etməsi haqda xəbərləri və şahidlərin dediklərini “dezinformasiya” adlandırıb.
Tokayev iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 16 əməkdaşının həlak olduğunu açıqlayıb. O, mülki şəxslər arasında ölənlərin sayının dəqiqləşdirildiyini deyib.
Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsinin keçmiş başçısı Kərim Məsimov həbs olunub, keçmiş prezident Nursultan Nazarbayevə yaxın bir sıra məmurlar vəzifədən kənarlaşdırılıb. Nazarbayev isə, təmsilçisinin dediyinə görə, Təhlükəsizlik Şurasının rəhbərliyindən könüllü gedib, bu postu Tokayev tutub.
Azadlıq radiosu
Tarix: 10-01-2022, 23:42
Xəbəri paylaş





Xəbər lenti