Avropa Parlamentinin sədri vəfat etdi


 Avropa Parlamentinin sədri David Sassoli vəfat edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Sassoli ötən gün səhhətindəki problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
 
Sassolinin mətbuat katibi bildirib ki, o, İtaliyanın Aviano şəhərindəki onkoloji xəstəxanada dünyasını dəyişib. Ötən həftə koronavirus şübhəsi ilə Strasburqda xəstəxanaya yerləşdirilən siyasətçinin testinin nəticəsi mənfi olmuşdu.
 
Keçmiş televiziya jurnalisti Sassoli ilk dəfə 2009-cu ildə Avropa Parlamentinin deputatı seçilmiş, 2019-cu ildən isə quruma rəhbərlik edirdi.
Tarix: 11-01-2022, 09:07
Xəbəri paylaş





Xəbər lenti