Rusiyalı general: “Bunu etsək, NATO-nun bu üzvləri KTMT-yə gələ bilər"


Rusiyalı general: “Bunu etsək, NATO-nun bu üzvləri KTMT-yə gələ bilər
“Qazaxıstandakı böhranın öhdəsindən uğurla gələn KTMT NATO-ya qarşı antipod kimi güclənməli, daxildə daha da sıx əməkdaşlıq etməlidir”.
 
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, ordu generalı Yuri Baluyevski deyib.
 
“KTMT əslində NATO-nun antipodudur, amma təşkilatı gücləndirmək lazımdır ki, digərləri də ona qoşulmaq istəsinlər”, - Baluyevski bildirib.
 
Onun sözlərinə görə, bunun üçün təşkilatı şəxsi heyətlə gücləndirmək, təlimlər keçirmək, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək lazımdır.
 
“Bizə KTMT çərçivəsində dövlət sifarişi lazımdır ki, iştirakçı ölkələrin hərbi-sənaye müəssisələri yeni növ silah və hərbi texnikanın yaradılmasına cəlb olunsun”, - general deyib.
 
Onun fikrincə, hətta indi NATO-da olan Varşava Paktının keçmiş üzvü olan dövlətlər də qayıdıb-qayıtmamaq barədə düşünəcəklər.

Tarix: 11-01-2022, 22:29
Xəbəri paylaş





Xəbər lenti