"Biz, bu rakursda danışıqlarda iştirak etmirik..." - Peskov Özbəkistanın təhdid olunması barədə



Moskva guya Özbəkistanda dövlət çevrilişinə mümkün cəhd barədə aparılan danışıqlarda iştirak etmir.
Bu barədə yanvarın 11-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
«Daha çox, bu mövzu Minsk və Daşkənd arasında ünsiyyət üçündür, və biz, bu rakursda danışıqlarda iştirak etmirik» - o, Lukşenkonun Özbəkistan barədə dediklərini şərh edərkən deyib.
Xatırladırıq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasının yanvarın 10-da keçirilmiş növbədənkənar sessiyasında Aleksandr Lukaşenko bəyan edib ki, əgər Qazaxıstandakı hadisələrdən dərs götürülməsə, oxşar hadisələr təkrar oluna bilər, ilk növbədə Özbəkistanda. Belarus liderinin sözlərinə görə, onun əlində informasiya var ki, terrorçuların nəzəri artıq bu ölkəyə yönəlib.
Tarix: 12-01-2022, 09:15
Xəbəri paylaş





Xəbər lenti