"Sabah KTMT qoşunları Qazaxıstandan çıxarılır" - Tokayev



Prezident: "Yanvarın 13-də sülhməramlıların nizamlı şəkildə çıxarılmasına başlanacaq"
Qazaxıstan Prezidenti Qasım-Comərt Tokayev yanvarın 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin respublikadan çıxarılmasına başlanacağını deyib. 
AYNA xəbər verir ki, bu barədə Prezident Almatıda Operativ Qərargahın iclasında bildirib. 
“Sabah KTMT sülhməramlı kontingentinin mütəşəkkil şəkildə çıxarılmasına başlanılır. Mən müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlar aparmışam”, - deyə Tokayev söyləyib. 
Tokayev KTMT kontingentinin komandanlığına təşəkkür edib və bildirib ki, Rusiya və digər müttəfiq ölkələrin sülhməramlıları Qazaxıstanda asayişin bərpası üçün çox mühüm rol oynayıb: "Bu, böyük psixoloji əhəmiyyətə malikdir. Missiya çox uğurlu qiymətləndirilir. Bir daha həmkarlarıma - dövlət başçılarına minnətdarlığımı bildirirəm”.
Tarix: 12-01-2022, 16:33
Xəbəri paylaş





Xəbər lenti