Səudiyyə Ərəbistanı uyğur məsələsində Çini tam dəstəkləyib



Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud Çinin ölkəsi üçün strateji tərəfdaş olduğunu, rəsmi Ər-Riyadın Tayvanın mənsubiyyəti, Honkonq qanunvericiliyi ilə bağlı yaranan problemlərdə, habelə Sincan-Uyğur muxtar vilayətində insan hüuqlarının pozulması məsələsində qəti olaraq Çinin yanında olduqlarını bəyan edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanat Çinin “Sinhua” agentliyi tərəfindən yayımlanıb.
Çinli həmkarı Van İ ilə görüşdə Feysəl bin Fərhan iki ölkə arasındakı dostluq naminə Çinin mövqelərinə tam dəstək verdiklərini açıqlayıb.
Səudiyyə Ərəbistanı bununla yaxın müttəfiqi ABŞ-ı da qəzəbləndirə bilər. Rəsmi Vaşinqtonun yuxarıda göstərilən məsələlərdə (uyğurların soyqırıma məruz qalması, Honkonqda kütləvi insan pozuntuları, Tayvan adasına iddialar) Çinlə münasibətləri soyutduğu kimsəyə sirr deyil.
Qeyd edək ki, bu ilin yanvar ayından etibarən Səudiyyə Ərəbistanı ilə birlikdə Küveyt, Bəhreyn, Omanın yüksək vəzifəli şəxlərinin, habelə Ərəb dövlətləri əməkdaşlıq şurasının baş katibinin Pekinə rəsmi səfər etməsi diqqət cəlb edib. Çinin “Jenmin Jibao” qəzeti Birləşmiş Ştatların bu yaxınlarda İran körfəzi ölkələrini “anti-Çin” düşərgəsinə qoşulmaq barədə çağırışını xatırladıb və rəsmi Vaşinqtonu ərəb ölkələri ilə Pekinin arasını vurmaq cəhdində ittiham edib. Adı çəkilən dövlətlər hələ ki bununla bağlı hər hansı rəsmi şərh verməyib.
Tarix: 12-01-2022, 16:37
Xəbəri paylaş





Xəbər lenti