Paşinyan bu generalı Xankəndindəki erməni rejiminə “baş nazir” qoymaq istəyir...

Paşinyan bu generalı Xankəndindəki erməni rejiminə “baş nazir” qoymaq istəyir...
“Nikol Paşinyanın Samvel Babayan vasitəsilə  çevriliş cəhdinin iflasa uğramasından sonra Ermənistan hökuməti Qarabağın daxili siyasi həyatına yeni müdaxilə planlaşdırıb”.
 
Moderator.az xəbər verir ki,  bunu Ermənistanın “Past” nəşri yazır. 
 
Nəşrin məlumatına görə, Paşinyan “konstitusiya dəyişiklikləri” etmək və yeni “baş nazir” təyin etmək üçün Xankəndindəki  separatçı-terrorçu rejimə təzyiq göstərir. Paşinyan həmin postda rejimin keçmiş “müdafiə naziri” Samvel Babayanı görür. 
 
Qəzet yazır ki,  onsuz da Paşinyan bəyanat və hərəkətləri ilə separatçı rejimə böyük zərbə vurub.  
“Ermənistan hakimiyyəti Samvel Babayanı vəzifəsiz qoymamaq  və xidmətlərini layiqincə mükafatlandırmaq üçün onu Artsaxa “köçürmək” qərarına gəlib” –deyə Ermənistan nəşri vurğulayır.

Tarix: 13-01-2022, 16:53
Xəbəri paylaş





Xəbər lenti