Ukrayna cəbhəsindən - yağış-qar altındakı döyüş postlarından real görüntülər...-VİDEO

Ukrayna cəbhəsindən - yağış-qar altındakı döyüş postlarından real görüntülər...-VİDEO
Payız fəsli və artıq qışın gəlişi Rusiya-Ukrayna cəbhəsində baş verənlərə ciddi təsir göstərməyə başlayıb.
Siam.az Moderator.az-a istinadla xəbər verir ki, Rusiyada qadağan olunmuş "Meduza" kanalı Ukrayna ordusunun Donbas cəbhəsindəki döyüş postlarının real  görüntüsünü əks etdirən qısa video-çarx yayımlayıb.
"Noyabrın sonunda payız iqlimi müharibəyə müdaxilə etdi. Yağışlar cəbhənin əksər sektorlarında aktiv döyüşləri dayandırıb. Ukraynanın hücumu, hətta yollar boyu belə, müvəqqəti olaraq demək olar ki, qeyri-mümkün olub. Ancaq arxa cəbhədə - həm ukraynalı, həm də rusiyalı - gələcək qış kampaniyası üçün artıq qoşunların cəmləşməsi prosesi baş verir. Görün müharibə indi necə görünür"- videonun şərhində belə deyilir.
 
P.S. Bütün bu çətinliklərə baxmayaraq Ukrayna oğul və qızlarının savaşdan çəkinmək fikri qətiyyən hiss olunmur... 
P.P.S. Təbii ki, məğlub Rusiya qoşunlarının həm durumu bundan da acınacaqlıdır... Və ösgə torpaqlarında heç bir mənəvi-ideoloji əsas olmadan vuruşduqlarından işğalçı dövlət və ordu məğlubiyyətə məhkumdur...

Tarix: 3-12-2022, 09:21
Xəbəri paylaş





Xəbər lenti