Ukrayna-Rusiya müharibəsində hər iki ölkənin itkiləri - Hərbi ekspert açıqladı...


 
"Ukrayna silahlı qüvvələri cəbhədə itki verir, lakin bu say Rusiyanın itkiləri qədər böyük deyil".
Musavat.com xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrində ölənlər daha azdır, lakin çox sayda yaralı var.
"Biz itkilər veririk. Yeri gəlmişkən, çox böyük itkilər var, amma ölənlərimiz çox azdır, yaralananlarımız çoxdur. Rusiya artilleriyası işləyir. Artilleriya isə əsasən qəlpə yaralarıdır", - o qeyd edib.

Ekspert xatırladıb ki, Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, doqquz ayda Ukrayna Silahlı Qüvvələrinin itkisi təxminən 13 min nəfərdir.
Ukrayna müharibəsində Rusiyanın itkiləri
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə, Rusiya ordusunun Ukraynadakı ümumi döyüş itkiləri təxminən 92,2 min nəfər təşkil edir.
Həmçinin, Rusiyanın itirdiyi döyüş texnikalarının siyahısı belədir:
Tank - 2929 ədəd
Zirehli döyüş maşını - 5905 ədəd
Artilleriya sistemləri - 1915 ədəd
MLRS - 395, hava hücumundan müdafiə sistemləri - 211 ədəd
Təyyarə - 281 ədəd
Vertolyot - 264 ədəd.
Tarix: 7-12-2022, 09:41
Xəbəri paylaş





Xəbər lenti