Tramp iddia edir ki, Putinə Rusiyanın istənilən ölkəni ələ keçirməsinə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib


ABŞ-ın keçmiş prezidenti Donald Tramp iddia edir ki, Rusiya lideri Vladimir Putinlə şəxsi söhbətində ona xəbərdarlıq edib ki, Rusiya hər hansı ölkəni ələ keçirsə, “Moskva hücuma məruz qalacaq”.
Bunu ABŞ administrasiyasının keçmiş rəhbəri dünən Vaşinqtonun ətrafında Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin illik konfransında açıqlayıb.
Tramp bu barədə belə deyir: “Söylədim ki, Vladimir, bunu etmə, bilirsən ki, biz dostuq, ölkələri ələ keçirmə, çünki o zaman Moskva ağır zərbə altında qalacaq”. Tramp hansı zərbəni nəzərdə tutduğunu dəqiqləşdirmədən qeyd edib və əlavə edib ki, Rusiya lideri “çox güman ki, ona inanmayıb”.
Eyni zamanda ABŞ-ın keçmiş prezidenti bildirib ki, əgər yenidən prezident seçilərsə, o, ABŞ hökumətindən “müharibənin qızışdırıcılarını” və qlobalistləri qovacaq.
Tarix: 5-03-2023, 10:49
Xəbəri paylaş





Xəbər lenti