Zelenski: Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır

Zelenski: Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır
Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır.
Bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib.

"Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, - deyə V.Zelenski əlavə edib.
Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.
Tarix: 6-03-2023, 08:20
Xəbəri paylaş





Xəbər lenti