“ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ BAŞ VERƏCƏK...” - “Qarşısını alacaq yeganə lider mənəm”



“Üçüncü dünya müharibəsinin başlamasının qarşısını alacaq yeganə lider mənəm”.
“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ-ın 45-ci Prezidenti Donald Tramp ötən gün Amerika Mühafizəkarlar İttifaqının təşkil etdiyi konfransda çıxış edərkən deyib.
Tramp həmçinin bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini bir gündə bitirə biləcəyini iddia edib.

“Üçüncü dünya müharibəsi başlayacaq və bunun qarşısını ala biləcək yeganə lider mənəm. Hazırda ABŞ azad ölkə deyil. Biz azad mətbuata sahib deyilik. Mən sizin səsiniz, döyüşçünüz, ədalətinizəm. Zülm və xəyanətə məruz qalanlar, mən sizin intiqamınızam”- deyə, o, bildirib.
Tramp 1 saat 45 dəqiqə davam edən çıxışında Co Bayden administrasiyasını sərt tənqid edərək, “Biz Baydeni Ağ Evdən çıxaracağıq”  deyə, bildirib.
ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etdiyini deyən Tramp, Talibanın ABŞ-ın Əfqanıstanda qoyduğu silahları başqa ölkələrə satdığını iddia edib.
Tarix: 6-03-2023, 20:38
Xəbəri paylaş





Xəbər lenti