Ukrayna müdafiəçiləri ötən gecə Rusiyanın "Su-25"ni və 17 dronunu məhv edib


Ukrayna müdafiəçiləri ötən gecə Rusiya ordusunun “Su-25” qırıcısını, 17 dronunu məhv edib.
“Report” xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri ötən gecə 50 aviasiya və 5 raket zərbəsi endirib:
“Aviazərbə zamanı Rusiya 11 “Şahed-136” PUA-dan istifadə edib. Onlardan 9-u vurulub. Bundan başqa ötən gecə düşmənin “Su-25” qırıcısını və 8 müxtəlif tip dronunu məhv edilib”.



Tarix: 7-03-2023, 15:11
Xəbəri paylaş





Xəbər lenti