"Ukrayna işğalçılara sürpriz hazırlayır..." - "The Economist"dən ilginc iddia...


"Ukrayna ordusunun üçdə bir hissəsi NATO standartlarına uyğun silahlanmaya malik olacaq..."
 
"Bütün bunlar Rusiyanı Ukraynanın işğal etdiyi ərazilərindən qovub çıxarmağa kifayət edəcəkmi?.."
 
"Döyüş sursatları ciddi problem olaraq qalmaqdadır, həm də Ukraynanın hərbi-hava qüvvələrinin olmaması daha böyük problem ola bilər..."
 
Almaniya ilə razılaşdırılan silah tədarükü təkcə 2023-cü ilin yanvar ayında Ukraynaya bütün 2022-ci ildə göndərilən ümumi silah tədarükünün üçdə iki hissəsini təşkil edib, yardımın 40 faizi isə (8 milyard dollardan çox) dekabrın 9-dan üç ay ərzində daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Economist" jurnalı yazıb.
 
Nəşr bu nəticəyə gəlib ki, Ukrayna ordusunun, demək olar ki, üçdə bir hissəsinin NATO standartlarına uyğun silahlanmaya malik olacaq. Ukrayna ordusunun Baş Komandanı general Zalujnı ümid edir ki, nəticə etibarilə onun sərəncamında hər biri altı briqadadan-60 min nəfərdən çox ibarət olan üç ordu korpusu olacaqdır.
 
Yanvar ayından ABŞ-ın 7-ci ordusunun Təlim Komandanlığı Şərqi Bavariyada özünün "Qrafenver" poliqonunda Ukrayna bölmələri üçün beş həftəlik kurs keçir. Ötən il Ukrayna ordusu, əsasən, bölük həcmində olan ştat bölmələri ilə hücum edib.
 
Qrafenverdə təlim onları "ümumqoşun" əməlyyatı keçirməyə qadir olan daha böyük tabor və briqadalara birləşdirmək üçün nəzərdə tutulub, belə əməliyyat zamanı piyadalar, zirehli texnika, artilleriya və digər növ silahlı qüvvələr indi, əsasən, ardıcıl olduğu kimi deyil, eyni zamanda və əlaqəli fəaliyyətdə olur.
 
Qərb məmurlarının bunların Rusiyanı Ukraynanın işğal edilmiş ərazilərindən qovub çıxarmaq üçün kifayət edəcəyi barədə fikirləri haçalanır. Döyüş sursatları ciddi problem olaraq qalmaqdadır, çünki Qərb müttəfiqləri onların istehsalını artırmağa tələsmir.
 
Həm də Rusiyanın hərbi təyyarələri Ukraynanın istənilən hücumu zamanı böyük risklərə getməyə hazır olacağı təqdirdə Ukraynanın hərbi-hava qüvvələrinin olmaması daha böyük problem ola bilər. 
 
Digər tərəfdən, Rusiya ordusu Baxmutdakı qarşıdurmada acınacaqlı vəziyyətdədir. Nəticə etibarilə o, uzun cəbhə xəttinin digər sahələrindən bölmələri çıxararaq, boşluqlar yarada bilər və Ukrayna onlardan yararlana bilər, - jurnal qeyd edib.
 
Bu arada isə, Britaniya kəşfiyyatının məlumatına görə, ağır zirehli texnika qıtlığından rusiyalı hərbçilər SSRİ-də müharibədən sonra 1960-1970-ci illərdə istehsal edilmiş birinci nəsil tanklar və zirehli maşınları konservasiyadan çıxararaq Ukraynada istifadə edir.
 
Böyük Britaniyanın Müdafiə Nazirliyi martın 6-da dərc etdiyi icmalda Ukraynada məhv edilən texnikanın 60 il öncə istehsal edilən T-62 döyüş tankları ilə əvəzlənməsini göstərib.
 
Bu tip tanklardan təxminən 800 ədədi 2022-ci ilin yayından ehtiyatdan çıxarılıb, bir hissəsi modernləşdirilib və hədəfləyici sistemlərlə təchiz edilib, bu da onların gecə vaxtı səmərəliliyini artırıb.
 
Britaniya kəşfiyyatının məlumatına görə, gerçək vəziyyət belədir ki, T-62 tankları hətta Rusiya Silahlı Qüvvələrinin 1-ci qvardiya tank bölməsinə göndəriləcək. Hərçənd, əvvəlcə onun "Armata" tipli müasir tanklarla silahlandırılması güman edilib.
 
Bundan başqa, son günlər döyüş meydanında ilk dəfə olaraq hələ 1950-ci illərin əvvəllərində istehsal edilən və 1954-cü ildə silahlanmaya qəbul edilən ZTR-50 sovet maşınları nəzərə çarpıb. 
 
Onların istehsalı 1970-ci illərdə dayandırılıb. Hərbi texnikanın hər iki "köhnə" nümunələri müasir döyüş şəraitində çox həssasdır, nazirlik yazıb və onların müasir reaktiv zirehinin olmadığını göstərib.

Tarix: 8-03-2023, 22:15
Xəbəri paylaş





Xəbər lenti