Zelenski Gürcüstandakı etirazçılara təşəkkür etdi - VİDEO

Zelenski Gürcüstandakı etirazçılara təşəkkür etdi - VİDEO
Bütün ukraynalılar Tbilisidəki kütləvi etirazlar fonunda Gürcüstana demokratik uğurlar və Avropaya inteqrasiya məsələsində irəliləyiş arzulayırlar.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Bu günlərdə Gürcüstanın meydanlarında və küçələrində Ukrayna bayraqlarını tutan hər kəsə təşəkkür etmək istəyirəm. Tbilisidə səslənən dövlət himnimizə görə təşəkkür etmək istəyirəm. Bu, Ukraynaya hörmətdir və Gürcüstana səmimi hörmətimi ifadə etmək istəyirəm. Elə bir ukraynalı yoxdur ki, dost Gürcüstanımıza uğurlar, demokratik uğurlar, Avropa uğurları arzulamaq istəməsin”, – Zelenski vurğulayıb.
O əlavə edib ki, Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqının bir hissəsi olmaq istəyir və bu, mütləq baş verəcək. Çünki Avropanın bütün azad xalqları Avropaya inteqrasiyaya layiqdirlər.


Tarix: 9-03-2023, 13:30
Xəbəri paylaş





Xəbər lenti