"Meta" şirkəti yeni sosial şəbəkə yaradır

"Meta" şirkəti yeni sosial şəbəkənin yaradılması üzərində işləyir.
Siam.az bildirir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
"Biz insanlara real vaxt rejimində yazılı mesajlar mübadiləsi etməyə imkan verəcək mərkəzləşdirilməmiş və müstəqil sosial şəbəkənin yaradılmasını nəzərdən keçiririk", - şirkətin açıqlamasında deyilir.
Yeni platformasının "Twitter" mikrobloqlar şəbəkəsinə bənzəyəcəyi bildirilir.
Sosial şəbəkə ilkin inkişaf mərhələsindədir, onun istifadəyə verilmə tarixi barədə məlumat yoxdur.
“Meta” şirkəti "Facebook" və "Instaqram" sosial şəbəkələrinin sahibidir.
Report
Tarix: 11-03-2023, 07:53
Xəbəri paylaş





Xəbər lenti