Saakaşviliyə xüsusi təyyarə ayrılıb: “Həyatı təhlükədədir, tez qərar verilməlidir”




“Biz Mixail Saakaşvilinin durumundan xəbərdarıq, artıq rəsmi sənədlərdə və Avropa Parlamentinin qətnamələrində bir sıra bəyanatlar vermişik. Ümid edirik ki, Avropa İttifaqı və üzv dövlətlər onun azad edilməsini tezləşdirmək üçün dərhal addımlar atacaqlar”.
Pressklub.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Anna Fotıqa Strasburqda keçirdiyi mətbuat konfransında bildirib.
Fotıqanın fikrincə, Mixail Saakaşvili ilə bağlı vəziyyətdə zaman həlledici əhəmiyyət kəsb edir.
“Yüksək səviyyəli hərbi tibb ekspertlərindən ibarət qrup hazırdır, nəqliyyat məsələləri də həll olunub, xüsusi təyyarə də hazırdır, lakin hələlik Gürcüstan tərəfi sükut edir. Aİ qurumlarından dəstək var. Hər şey Polşa və Avropa Birliyi tərəfindən hazırlanıb. Bu işdə zaman çox vacibdir və lazımi müalicə üçün dərhal istənilən Avropa və ya Avro-Atlantik ölkəyə köçürülməlidir. Onun həyatı təhlükədədir və tez qərar verilməlidir”, – deyə Fotıqa bildirib.


Tarix: 15-03-2023, 17:31
Xəbəri paylaş





Xəbər lenti