Putinin həbsi üçün “ağıllı əsaslar” və ya ədalətin təcəllisi

Rusiya lideri hansı ölkələrdə özünü təhlükəsiz hiss edəcək?
Martın 17-də Haaqa Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, habelə Rusiya Federasiyasının Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsi üçün beynəlxalq orderlər verib. BCM mətbuat şərhində izah edib ki, onlar ukraynalı uşaqları Rusiyaya qanunsuz deportasiya etməkdə şübhəli bilinirlər. Xüsusilə, onlar belə hərəkətlərə görə Vladimir Putinin şəxsən məsuliyyət daşıdığına inanmağa imkan verən “ağıllı əsasların” olmasına istinad ediblər.
Vladimir Putin və Mariya Lvova-Belova ən yüksək beynəlxalq hüquqi səviyyədə rəsmi olaraq şübhəli kimi tanınan ilk şəxsdir. Yəni ki, BCM-in məlumatına görə, ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyası ittihamları üçün kifayət qədər məlumat toplanıb. İndi ümumi beynəlxalq hüquqa əsasən, bütün dövlətlər şübhəli hərbi cinayətlərin mühakimə olunmasında əməkdaşlıq etməli və onları ədalətə çatdırmaq üçün birlikdə çalışmalıdırlar.
Təbii ki, həbsə dair rəsmi orderlər yalnız BCM-in Roma Statutunun tərəfləri üçün məcburidir. Bu Statusa qoşulan ölkələrin sayı indiyədək 123-dür.
Rusiya bu xartiyanın tərəfi deyil. Rusiya Xarici İşlər Nazirliyi artıq bəyan edib ki, BCM ilə əməkdaşlıq etmirlər, onun qərarının Rusiya Federasiyası üçün heç bir mənası yoxdur və Rusiya BCM-dən gələn mümkün həbs orderlərini hüquqi cəhətdən etibarsız hesab edir.
Bu xartiyanın tərəfi olmayan ölkələrdən biri də məsələn, Çindir. Beləliklə, Vladimir Putin Çin, Belarus və ya Şimali Koreyaya səfər edərsə, özünü təhlükəsiz hiss edə bilər.
Bununla belə, Roma Statutunun tərəfləri Tacikistan, Venesuela, Serbiya, Cənubi Afrika Respublikası, Macarıstan kimi Rusiyanın müttəfiqi olan və ya bəzən onu dəstəkləyən ölkələr var. Mümkündür ki, onlardan bəziləri Roma Statutundan çıxsın. Amma onlar bununla Rusiyanın xeyrinə mövqeyi açıq şəkildə dəyişdirilməli olacaqlar. Müharibə cinayəti törətməkdə şübhəli bilinən şəxslər yalnız onların təslim olma şərtləri əsasında müzakirə edilə bilər.
Təbii ki, bu, yalnız ilk mümkün ittihamdır və gələcəkdə Vladimir Putin Roma Nizamnaməsində sadalanan digər hərbi cinayətlərin, insanlığa qarşı cinayətlərin və hətta soyqırım aktlarının əksəriyyətində ittiham oluna bilər. Təcavüz cinayəti də var ki, bunun üçün ayrıca xüsusi tribunal tələb olunur.
Beləliklə, ədalət yavaş-yavaş da olsa, təcəlli edir. Mən istərdim ki, BCM-nin bu addımı milli yurisdiksiyaları beynəlxalq cinayətlərdə ilk şübhəli şəxslərin adını çəkməyə təşviq etsin. Xüsusilə, Aleksandr Lukaşenko və onun rejiminin digər rəsmilərini.
Müəllif: Dainius Jalimas - Litva Konstitusiya Məhkəməsinin sabiq sədri
Mənbə: UNİAN
Tərcümə AYNA
Tarix: 19-03-2023, 08:50
Xəbəri paylaş





Xəbər lenti