“Fransa etirazçılara qarşı zorakılığa son qoymalıdır” - İran


İran Xarici İşlər Nazirliyi Fransa polisinin Fransada pensiya islahatına qarşı nümayişlərə müdaxiləsini tənqid edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani mövzu ilə bağlı verdiyi açıqlamasında bildirib.
"Fransa polisinin etirazlara qarşı zorakılıq tətbiq etməsi bu ölkə hökumətinin demokratiya və ifadə azadlığı prinsiplərinə sadiq olmadığının göstəricisidir. Fransa etirazlara qarşı zorakılığa son qoymalıdır", - deyə o bildirib.
Məlumat üçün deyək ki, İranda davam edən hökumət əleyhinə etirazlarda polis müdaxiləsi səbəbilə çox sayda insan yaralanıb və dünyasını dəyişib.
Hökuməti tənqid edən bir çox etirazçı isə edam olunub.
Tarix: 20-03-2023, 17:01
Xəbəri paylaş





Xəbər lenti