Azərbaycan mədəniyyətinə “ağır itki” üz veribPolitika.Az-ın əldə etdiyi xəbərə görə, Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin keçmiş müdiri Ramiz Məmmədov Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib.
Bildirilir ki, bu təyinat ölkənin mədəniyyəti üçün böyük “itki” hesab olunub. Belə ki, Gədəbəy Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun əmisi oğlu olan Ramiz Məmmədov onun sayəsində bu vəzifəyə yüksəlib.
İddialara görə, onun fiziki durumu bu vəzifə üçün təsəvvür olunmaz dərəcədə uyğunsuzdur. İdarə müdiri tarix fakultəsini bitirib, sonra hərbi hazırlıq müəllimi kimi pedaqoji fəaliyyət göstərib.
Lakin əmisi oğlunun dəstəyi ilə peşə liseyinin direktoru, uzun müddət rayon təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. Son illər isə Gədəbəy rayon Mədəniyyət şöbəsinin müdiri çalışmış bu şəxsin iş qabiliyyəti rayon əhalisinə məlumdur.
Mənbə qeyd edir ki, R.Məmmədov əmisi oğlu ilə əlbir olaraq büdcə vəsaitlərini talan etməklə ad çıxarıb. Bu barədə Gədəbəy camaatı da məlumatlıdır.
Amma bu şəxsi təyin edərkən mədəniyyət və turizm naziriƏbülfəz Qarayev onun fiziki durumuna fikir verməyib.Onun təyinatı adıçəkilən nazirlikdəki kadr siyasətinin nə qədər bərbad olduğunu göstərir.
Politika.Az-ın əldə etdiyi xəbərə görə, Ramiz Məmmədov yeyib-içmək məclislərini sevən adamdır. İddialara görə, bu da onun postunda intizamlı olmasına problem yaradır.
Bundan əlavə, Hesablama Palatasının yoxlaması zamanı nazirliyin tabeliyində olan bəzi qurumlara məxsus əmlakın icarəyə verilməsindən əldə olunan gəlirin dövlət büdcəsinə köçürülməsi qismən təmin edilməyib, auditlə əhatə olunan dövrdə qaimə fakturalarla verilməsi rəsmiləşdirilən avadanlıqlar və qeyri-maddi aktivlər uçota alınmayıb.
Bununla yanaşı, audit zamanı bir sıra nöqsanlara və çatışmazlıqlara yol verildiyi müəyyən edilib.
Belə ki, nazirliyin mərkəzi aparatının saxlanması üzrə artıq məzuniyyət haqqı və istifadə olunmamış məzuniyyətə görə artıq kompensasiya, rəhbər işçilərə təmsilçilik xərcləri üzrə artıq əmək haqqı ödənilib.
Kassa əməliyyatlarının aparılmasını və uçotunu tənzimləyən qanunvericiliyin tələblərinə əməl edilməyib. Nazirliyin mərkəzi aparatı üzrə müəyyən olunmuş limitdən artıq xidməti minik avtomobili saxlanılıb.
Aylıq yürüş həddi normalarının düzgün tətbiq olunmaması nəticəsində artıq xərcə yol verilib, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi hallarına yol verilib.
Politika.Az
Tarix: 31-01-2017, 08:33