Bu ədviyyatlar həm arıqladır, həm də… – SİYAHI

Bu ədviyyatlar həm arıqladır, həm də… – SİYAHI

Diyetoloqlar maddələr mübadiləsini sürətləndirən ən yaxşı ədviyyatların adlarını açıqlayıblar.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, bu ədviyyatlar arıqlamağa kömək edəcək.
Maddələr mübadiləsinin sürəti bir neçə faktordan asılıdır, məsələn, yaş, cins, aktivlik səviyyəsi, yanaşı xəstəliklər və s. Gündəlik olaraq daha çox kalori yandırmaq üçün yeməklərə əlavə edilməli olan ədviyyatlar bunlardır:
Çili bibəri. Çili bibərində əsas maddə olan kapsaisin iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Tədqiqatlar göstərir ki, kapsaisin enerji sərfiyyatını və yağ yandırılmasını artıra bilər.
Darçın. Darçında maddələr mübadiləsinə təsir edən əsas birləşmə aldehiddir. Tədqiqatlar göstərir ki, darçın aldehidi kalori sərfiyyatını və termogenezi (qan şəkəri və yağ turşularının bədən temperaturunu saxlamaq üçün parçalanması prosesi) artırır. Bir araşdırmada, gündə 2 qram və daha artıq darçın qəbulunun 12 həftə ərzində bədən yağını, bel çevrəsini, bədən kütləsi indeksini və çəki göstəricilərini əhəmiyyətli dərəcədə azaltdığı sübut edilib.
Zəncəfil. Daimi istifadə iştahı azaldır, termogenezi gücləndirir və yağın həzm sistemində mənimsənilməsini zəiflədir. Araşdırmalara görə, zəncəfildəki bəzi maddələr arıqlamağa kömək edir.
Zərdəçal. Tədqiqatlar göstərir ki, zərdəçalda olan kurkumin enerji sərfiyyatını artırır və yağ hüceyrələrinin yaranmasını (adipoqenez) zəiflədir. Bu maddəni qəbul etmək çəki azalmasına və orqanizmdəki yağ miqdarının azalmasına səbəb ola bilər.
Kimyon. Tədqiqatlara görə, kimyon iştahı azaldır və yağ yandırılmasını artırır.
Zəfəran. Bir araşdırma nəticəsində məlum olub ki, zəfəran qəbul edən və aerobik idmanla məşğul olan insanlar digərlərindən daha çox çəki və yağ itiriblər. Həmçinin, bu qrupda qan şəkəri və zərərli xolesterin səviyyəsi daha aşağı olub. Zəfəran qəbul edən qadınlarda enerji sərfiyyatı, qan şəkəri və insulin səviyyəsini tənzimləyən irizin hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə artıb.
Tarix: Dünən, 21:38
Xəbəri paylaş





Xəbər lenti